AZ

Şimali Koreya düşmən hədəflərinə nüvə əks-hücum ssenarisi ilə təlim keçirib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Şimali Koreya çoxlu reaktiv yaylım atəşi sistemlərinin istifadə olunduğu və ssenariyə uyğun olaraq düşmən hədəflərinə nüvə əks-hücumunun həyata keçirildiyi təlim təşkil etdiyini açıqlayıb.Rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, ölkə lideri Kim Çen Inın nəzarəti altında düşmən hədəflərinə nüvə əks-hücumunun ssenariləşdirildiyi təlim keçirilib.Təlimdə nüvə başlıqları daşıya bilən iri 600 millimetrlik çoxsaylı reaktiv yaylım atəşi qurğuları sınaqdan keçirilib və 352 kilometr uzaqlıqdakı adaya uğurla vurulub.Təlim Şimali Koreyanın bütün nüvə qüvvələrinin komandanlıq, idarəetmə, nəzarət və əməliyyat sisteminin etibarlılığını təsdiqləyib.Şimali Koreya lideri Kim təlimdən məmnun olduğunu vurğulayıb və bildirib ki, çoxlu raket buraxılış qurğuları snayper tüfəngləri qədər dəqiqdir.O, qeyd edib ki, təlim Şimali Koreyanın nüvə gücünün hər an və qəfil vəziyyətlərdə müharibənin qarşısını almaq və müharibədə təşəbbüsü ələ keçirmək kimi vəzifələrini tez və dəqiq şəkildə yerinə yetirməyə hazır olması üçün vacibdir.

Seçilən
21
2
Mənbələr
Şərh ()
Bağla