AZ

Qazaxın azad edilən kəndində Azərbaycan bayrağı qaldırıldı (VİDEO)

Bakı. Trend:

Qazaxın azad edilən kəndində Azərbaycan bayrağı qaldırılıb.

Trend xəbər verir ki, bu barədə görüntülər erməni KİV-dəyayılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş nazirinin müaviniŞahin Mustafayevin xidmətinin media üçün məlumatında deyilir ki,2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə ErmənistanRespublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinəəsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsindəilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işidavam edir.

Əlavı edilib ki, bu gün Azərbaycan Respublikası ilə ErmənistanRespublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə DövlətKomissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikasıarasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyiməsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrəəldə edilən razılaşmalara müvafiq olaraq, iki ölkənin ekspertqrupları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatlarındəqiqləşdirilməsi prosesinə başlayıb.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinindelimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrəKomissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinibki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhədxəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onunsüqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmışrespublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - BağanısAyrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) –Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayışməntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
1
Mənbələr
Şərh ()
Bağla