AZ

Körpənin bu cür ağlamağı ciddi problemdən xəbər verir - DİQQƏT!

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Biz bəzən uşaqlarımızda olan qüsurların fərqinə varmırıq. Müəyyən nitq qüsurları, artikulyar aparatda olan deformasiyaların olub-olmaması ilə bağlı məlumatsız oluruq". 

Day.Az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında loqoped, defektoloq Günel Fərzəliyeva deyib. O, azyaşlılarda müşahidə olunan nitq qüsurları barədə məlumat verib: 

"Ən çox ünvanlanan suallardan biri də budur ki, valideynlər övladlarının loqopedik seanslara və dil terapiyalarına ehtiyac olduğunu necə bilməlidirlər? Bunun cavabı çox sadədir. Əgər övladınızda gec ünsiyyətlilik varsa, gec danışmağa başlayıbsa, yaşlarına uyğun nitqə sahib deyillərsə, fikirlərini ifadə etməyi bacarmırlarsa, artikulyar aparatda müəyyən deformasiyalar varsa, bu da çənədə, dişlərində düzülüşündə və s. özünü büruzə verə bilər ki, bu kimi problemlər üzə çıxan zaman dil terapiyaları və seanslar üçün loqopedlərə müraciət etmək mütləqdir. 

Əgər övladımızda səslərin doğru tələffüzü yoxdursa, bir səsi digər səslə əvəz edirsə, yaxud sözün deyilişində həmin səslər itirsə, artıq bu kimi hallar da bir müddət sonra nitqdə ecazkar olmayan bir görüntü yaranacaq. Bu problemi vaxtında aşkar edib, korreksion prosesə başlamaq lazımdır ki, uşağın nitqində qalıcı problemlər yaranmasının qarşısı alınsın. Körpəlik dönəmindən uşağın nitqində problem olub-olmadığını anlamağın ən asan yolu onun ağlamaq formasına diqqət yetirməkdir. Əgər uşaqlar daimi olaraq monoton şəkildə, eyni səviyyədə ağlamağa başlayırlarsa, ağlamaq səsində müəyyən dəyişikliklər, çalarlılıq özünü göstərmisə, terapistə, pediatrlara müraciət etmək lazımdır". 

Loqoped qeyd edib ki, ən əsas 3-cü yaş dönəminə diqqət yetirməkdir:

"2-6 aylıq körpələr gülüş, qığıldamaq kimi müxtəlif səslər çıxarırlar. 1 yaşını keçən uşaqlar isə ətrafında eşitdiyi sözləri təqlid etməyə başlayırlar. Artıq 2 yaşda öz fikirlərini ifadə etməyi öyrənirlər. Ən əsas isə 3-cü yaş dönəmidir. Bu müddətdən başlayaraq övladımızın nitqində 1200-dən çox söz formalaşmalıdır. Bu nüansları qeyd etməyimdə məqsəd valideynlərin hər yaş dönəminə uyğun nitqin nə tərzdə olduğunu öyrənməsidir. Burada pozulmaların olub-olmadığını da məhz belə aydınlaşdırmaq olar. 

Valideynlərə tövsiyyəm odur ki, övladları ilə bağlı araşdırmalar aparsınlar və hansı yaş dönəmində necə dəyişikliklər, inkişaf mərhələləri və sindromlar yaşadıqlarını anlaya bilsinlər. Bütün bunlar haqda məlumatlı olmaq bir valideyn üçün ən əsas məqamdır. Artıq məlumatı olan, maariflənmiş bir valideyn övladında nə kimi inkişaf və problemlər olduğunun daha tez fərqinə varacaq. Beləliklə, zamanında profilaktik tədbirlərə başlamaq mümkün olur".

Seçilən
32
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1362
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1273
Azərbaycanda bu məhsul bahalaşdı
1263
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
1021
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
1021
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
1011
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
996
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
990
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
975
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
925
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
896
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
844
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
791
Helikopter qəzası ilə bağlı yeni xəbər
780
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
748
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
745
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
734
Həlak olan şəxslər sabah dəfn olunacaq
732
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
684
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
667