AZ

“İyirmi ildən sonra” nümayiş olunacaq “Qonaq Teatr”

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq Teatr” layihəsi çərçivəsində Sumqayıt Dövlət Dram Teatrı Bakıda Əli Əmirlinin “İyirmi ildən sonra” tamaşasını təqdim edib.

Teatr Xadimləri İttifaqından Teleqraf.com-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir.

Nümayişdən sonra əsərin müəllifi, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli tamaşanın orijinal ədəbi materialına görə İttifaqın Fəxri fərmanı ilə təltif olunub.


Müəllif: Teleqraf.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
3
Mənbələr
Şərh ()
Bağla