AZ

Arda Gülər “Real”ın heyətində ilk 11-də meydana çıxacaq

“Real-Madrid” klubunun türkiyəli ulduz futbolçusu Arda Gülər aprelin 26-da “Real-Soseadad” ilə keçiriləcək səfər matçının ilk onbirliyində yer alacaq.Missiya.Az xəbər verir ki, bu barədə İspaniyanın “AS” qəzeti məlumat yayıb.Bildirilir ki, "El Clasico"da "Barselona"nı 3-2 məğlub edən və əzəli rəqibi ilə aralarındakı xal fərqini 11-ə yüksəldən kral klubunun baş məşqçisi Karlo Ançelotti "Real Madrid"in heyətində bəzi dəyişikliklər etməyə hazırlaşır.“Barselona” ilə keçirilən matçdan sonra açıqlama verən italiyalı mütəxəssis bildirib ki, "Artıq hər şeyi sakit şəkildə qiymətləndirəcəyik və Arda Gülər istədiyi dəqiqələrə sahib olacaq".Qeyd edək ki, bu mövsüm 7 matça çıxan türkiyəli ulduz futbolçu cəmi 122 dəqiqə meydanda qalıb və 1 qola imza atıb. Leyla SƏMƏNDƏRMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq