AZ

PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ

Bakı. Trend:

PAŞA Holding öz ekosistem strategiyası çərçivəsindəgenişləndirmək və daha da inkişaf etmək məqsədi ilə yeni, müasir,mütərəqqi biznes sahələrini araşdırır və eyni zamanda mövcudsahələrin təkmilləşdirilməsi üzərində işləyir. Bu sahələrdən biridə taksi sifarişi platformaları ilə əməkdaşlıqdır.

2023-cü ildə PAŞA Holding Ukraynanın Uklon şirkəti iləəməkdaşlığa başlamışdır. Birgə tərəfdaşlıq zamanı taksi biznesininekosistemə müsbət təsiri, eləcə də bu biznesin ümumilikdəekosistemə yeni müştərilərin cəlb edilməsi və saxlanılmasıbaxımından faydalılığı müşahidə olundu. Ekosistemin bir hissəsiolan Umico ilə birgə kampaniyalar da müştərilər tərəfindən müsbətqarşılandı.

Bütün bunları nəzər alaraq, şirkət bu biznesin ekosistemin carimüştərilərinə daha böyük fayda təqdim etməsi məqsədilə yeni həllyolları axtarır.

“Biz bu biznesi indikindən daha sürətli şəkildə inkişaf etdirməkistəyirik. Bu məqsədlərə nail olmaq üçün PAŞA Holding avtonəqliyyatsifarişi xidməti sahəsində yeni tərəfdaşlıq imkanlarını nəzərdənkeçirir və hazırda bazar liderləri ilə danışıqlar aparır. Uklon ilətərəfdaşlıq bizim inkişafımızda mühüm addım oldu və biz bu dəyərlitəcrübə üçün tərəfdaşımıza minnətdarıq”, - holdinqin mətbuatxidmətindən bildirilib. Beləliklə, yaxın zamanda ölkədə Uklonxidməti fəaliyyətini dayandıracaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
12
Mənbələr
Şərh ()
Bağla