AZ

Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda

(®) Dünyaca tanınmış kənd təsərrüfatı texnikası istehsalçısı “AGCO” şirkətinin “FENDT” və “VALTRA” brendlərinin Azərbaycanda rəsmi nümayəndəsi olan “Skyline Technics” şirkətinin servis və satış mərkəzi öz qapılarını şirkətin Bakıdakı müştəriləri və tərəfdaşları üçün açıb.

Sahəsi 600 kv. m olan yeni Mərkəzimiz ən müasir diaqnostik və servis avadanlığı ilə təchiz olunmuşdur. Servis mərkəzinin strukturunda inzibati kompleksdən əlavə müştəriləri zəruri ehtiyat hissələri ilə operativ təchiz etməyə imkan verəcək geniş anbar, komfortlu gözləmə, servis xidməti və təmir zonası, həmçinin satış üçün nümayiş etdirilən texnikaların yerləşdiyi açıq pavilyon nəzərdə tutulmuşdur.

Açılış zamanı qonaqlar “Skyline Technics” şirkətinin nümayəndəsi olduğu dünyanın bir sıra qabaqacıl kənd təsərrüfatı texnikalarının istehsalçıları - Almaniyanın “Horsch”, İtaliyanın “Antonio Carraro”, “Rinieri”, “İdeal” brendlərinin texnikaları ilə yaxından tanış oldular.

Tədbiri giriş sözü ilə açan “Skyline Technics” şirkətinin rəhbəri cənab Orxan Cəfərov bildirdi ki, kənd təsərrüfatı sektorunun inkişafı Prezident İlham Əliyev tərəfindən prioritet elan edilib.

Bu xüsusda “Skyline Technic” şirkəti Azərbaycan fermerlərinin yüksək məhsuldarıq əldə etməsi üçün beynəlxalq arenada sınaqda keçmiş bir sıra qabaqcıl texnologiyanın ölkənin kənd təsərrüfatı sektoruna inteqrasiyasını həyata keçirir.

Skyline Technics” şirkətinin təqdim etdiyi Almaniyanın “FENDT” brendi dünyanın aparıcı traktor və kombayn texnikalarının istehsalçısıdır. “FENDT” sadəcə bir ad deyil, “FENDT” bir inancdır. “FENDT” traktorları və kombaynları ilə fermerlər məqsədlərinə daha tez və yüksək məhsuldarlıqla çata bilərlər. Buna görə də şirkətin məqsədi fermerlərin tələblərini yerinə yetirmək, hətta onları üstələmək və bu sahədə uğur qazanmağa kömək etməkdir.

AGCO” şirkətlər qrupuna daxil olan digər brend – Finladiyanın “Valtra” traktorları müxtəlif işlər üçün istifadəsi asan traktor həllərinin işlənib hazırlanmasında və uyğunlaşdırılmasında qabaqcıl yer tutur. “Valtra” traktorları və xidmətləri etibarlılığı, universallığı, davamlılığı və Finladiya kökləri ilə tanınır. Hər bir traktor xüsusi olaraq müştərilərin fərdi ehtiyacları üçün nəzərdə tutulmuşdur, ən sərt iqlimlərə tab gətirmək və ən çətin iş şəraitində ən yüksək performans səviyyəsini təmin etmək üçün istehsal edilmişdir.

Skyline Tecnics” şirkətinin təqdim etdiyi Almaniyanın “HORSCH” brendi innovativ kənd təsərrüfatı texnologiyası və torpağın becərilməsi, toxumçuluğu və əkilməsi üçün müasir həllərin aparıcı istehsalçısıdır. “HORSCH” markası fermerlər üçün Azərbaycanda illərlə təcrübədən keçən torpaq becərmə və səpin aqreqatları və həmçinin dərman səpmə texnikaları istehsal edir.

Skyline Technics” şirkəti Azərbaycanda bağçılıq fəaliyyəti ilə məşğul olan fermerlər üçün də bir sıra innovativ texnikalar təqdim edir. Beləki bağçılıq traktorunun simvolu sayılan İtaliyanın “Antonio Carraro” traktorları fermerlər tərəfindən çox böyük maraqla qarşılanır.

Antonio Carraro” brendinin təklif etdiyi traktorlar nəinki kiçik ölçüləri ilə, hətta innovativ olması ilə fərqlənir. Beləki istehsal olunan bütün traktorlar komfort və effektivliyi təmin etmək üçün 180 dərəcə dönən kabinlərlə təchiz olunmuşdur.

Həmçinin Azərbaycan fermerləri “Skyline Tecnics” şirkətinin təqdim etdiyi bütün texnikaları 40 faiz dövlət subsidiyası ilə lizinq şərtləri əsasında əldə edə bilərlər.

“Skyline Technics” CJSC

 Ünvan:  Qaradağ rayonu, Salyan şosesi 14.km

+994 70 684-18-17

+994 50 682-32-50

FENDTSkyline TechnicAGCOVALTRAservissatışmərkəzOrxan Cəfərovtraktorlarkombayn

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23682
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13204
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10487
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Helikopter qəzası ilə bağlı yeni xəbər
5704
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5691
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5523
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4434
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
4134
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3827
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3689
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3499
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3466
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3066
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2784
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2759
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2533