AZ

Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda - FOTO/VİDEO

Dünyaca tanınmış kənd təsərrüfatı texnikası istehsalçısı “AGCO” şirkətinin “FENDT” və “VALTRA” brendlərinin Azərbaycanda rəsmi nümayəndəsi olan “Skyline Technics” şirkətinin servis və satış mərkəzi öz qapılarını şirkətin Bakıdakı müştəriləri və tərəfdaşları üçün açdı. Sahəsi 600 kvadratmetr olan yeni mərkəzimiz ən müasir diaqnostik və servis avadanlığı ilə təchiz olunub. Servis mərkəzinin strukturunda inzibati kompleksdən əlavə müştəriləri zəruri ehtiyat hissələri ilə operativ təchiz etməyə imkan verəcək geniş anbar, komfortlu gözləmə, servis xidməti və təmir zonası, həmçinin satış üçün nümayiş etdirilən texnikaların yerləşdiyi açıq pavilyon nəzərdə tutulub.

Açılış zamanı qonaqlar “Skyline Technics” şirkətinin nümayəndəsi olduğu dünyanın bir sıra qabaqcıl kənd təsərrüfatı texnikalarının istehsalçıları - Almaniyanın “Horsch”, İtaliyanın “Antonio Carraro”, “Rinieri”, “İdeal” brendlərinin texnikaları ilə yaxından tanış olublar.

Tədbiri giriş sözü ilə açan “Skyline Technics” şirkətinin rəhbəri cənab Orxan Cəfərov bildirdi ki, kənd təsərrüfatı sektorunun inkişafı ölkə başçısı tərəfindən prioritet elan edilib.

Bu xüsusda “Skyline Technic” şirkəti Azərbaycan fermerlərinin yüksək məhsuldarıq əldə etməsi üçün beynəlxalq arenada sınaqda keçmiş bir sıra qabaqcıl texnologiyanın ölkənin kənd təsərrüfatı sektoruna inteqrasiyasını həyata keçirir.

“Skyline Technics” şirkətinin təqdim etdiyi Almaniyanın “FENDT” brendi dünyanın aparıcı traktor və kombayn texnikalarının istehsalçısıdır. “FENDT” sadəcə bir ad deyil, “FENDT” bir inancdır. “FENDT” traktorları və kombaynları ilə fermerlər məqsədlərinə daha tez və yüksək məhsuldarlıqla çata bilərlər. Buna görə də şirkətin məqsədi fermerlərin tələblərini yerinə yetirmək, hətta onları üstələmək və bu sahədə uğur qazanmağa kömək etməkdir.

“AGCO” şirkətlər qrupuna daxil olan digər brend - Finladiyanın “Valtra” traktorları müxtəlif işlər üçün istifadəsi asan traktor həllərinin işlənib hazırlanmasında və uyğunlaşdırılmasında qabaqcıl yer tutur. “Valtra” traktorları və xidmətləri etibarlılığı, universallığı, davamlılığı və Finladiya kökləri ilə tanınır. Hər bir traktor xüsusi olaraq müştərilərin fərdi ehtiyacları üçün nəzərdə tutulmuşdur, ən sərt iqlimlərə tab gətirmək və ən çətin iş şəraitində ən yüksək performans səviyyəsini təmin etmək üçün istehsal edilib.

“Skyline Tecnics” şirkətinin təqdim etdiyi Almaniyanın “HORSCH” brendi innovativ kənd təsərrüfatı texnologiyası və torpağın becərilməsi, toxumçuluğu və əkilməsi üçün müasir həllərin aparıcı istehsalçısıdır. “HORSCH” markası fermerlər üçün Azərbaycanda illərlə təcrübədən keçən torpaq becərmə və səpin aqreqatları və həmçinin dərman səpmə texnikaları istehsal edir.

“Skyline Technics” şirkəti Azərbaycanda bağçılıq fəaliyyəti ilə məşğul olan fermerlər üçün də bir sıra innovativ texnikalar təqdim edir. Belə ki, bağçılıq traktorunun simvolu sayılan İtaliyanın “Antonio Carraro” traktorları fermerlər tərəfindən çox böyük maraqla qarşılanır.

“Antonio Carraro” brendinin təklif etdiyi traktorlar nəinki kiçik ölçüləri ilə, hətta innovativ olması ilə fərqlənir. Belə ki, istehsal olunan bütün traktorlar komfort və effektivliyi təmin etmək üçün 180 dərəcə dönən kabinələrlə təchiz olunub.

Həmçinin Azərbaycan fermerləri “Skyline Tecnics” şirkətinin təqdim etdiyi bütün texnikaları 40 faiz dövlət subsidiyası ilə lizinq şərtləri əsasında əldə edə bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
20780
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12072
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
5914
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5398
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5348
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3823
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3401
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3262
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3096
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2842
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2807
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2677
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2389
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2298
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2032
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1965