AZ

Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO

Ermənistan ordusu Qazaxın Azərbaycana təhvil verilən kəndlərindən geri çəkilir. 
 
Moderator.az xəbər verir ki, bu barədə İctimai TV Ermənistan mediasına istinadən məlumat yayıb.
 
Bildirilir ki, Tavuş yeparxiyasının rəhbəri Boqrad Qalstanyan artıq həmin ərazilərdə Azərbaycan bayrağının dalğalandığını söyləyib: “Vəziyyət olduqca mürəkkəbdir. Aylarla, günlərlə, illərlə düşündüyümüz reallığa çevrildi. Ordumuz mövqelərimizdən geri çəkildi. Artıq, deyirlər ki, mövqelərimiz üzərində Azərbaycan bayrağı dalğalanır. Mən öz gözlərimlə görməmişəm, amma belə deyirlər. İnsanlar görüblər…”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
12
Mənbələr
Şərh ()
Bağla