AZ

Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO

Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEOAprel ayının 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə verdiyi tapşırıqların icrası çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasında əsaslı təmir olunan yaşayış binası xidməti istifadəyə verilib.Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun inkişaf etdirilməsi, hərbi qulluqçuların xidmət şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi ölkə rəhbərinin dövlət sərhədinin mühafizəsinə ali diqqətinin növbəti təzahürü olduğunu bildiriblər. Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev xidməti istifadəyə verilmiş yaşayış binasında yaradılmış şəraitlə tanış olub və xidməti mənzillərə baxış keçirib. Bildirilib ki, yeni istifadəyə verilmiş üçmərtəbəli yaşayış binası 19 mənzil, üç istirahət otağı olmaqla ümumi 86 çarpayıdan ibarətdir. Bütün mənzillər təmirlidir və mətbəx mebeli ilə təchiz olunub.Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8113
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5248
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5061
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4817
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4579
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3761
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3085
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2783
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2764
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2721
Sabah 20 dərəcə isti olacaq
2663
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2287
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2247
Röyanın biabırçı videosu yayıldı
2188
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2099
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2067
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1835
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1709
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1673
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1611