AZ

Şoyqu S-500 sistemlərinin qoşunlara təhvil verilməsinə başlandığını açıqlayıb

2024-cü ildə Rusiya qoşunlarına yeni nəsil S-500 “Prometey” zenit-raket kompleksinin ilk nümunələri daxil olacaq.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında müdafiə naziri Sergey Şoyqu bildirib.

O, aydınlaşdırıb ki, ən son hava hücumundan müdafiə sistemləri iki modifikasiyada - uzaq mənzilli və raketdən müdafiə problemlərinin həlli üçün verilir.

Şoyqu həmçinin, S-400, S-300V4, Buk-M3, Tor-M2U zenit-raket komplekslərinin və yeni nəsil radarların tədarükünün də planlaşdırıldığını açıqlayıb.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla