AZ

BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub - Səttar Möhbalıyev

Bakı. Trend:

Regional və beynəlxalq təşəbbüsləri, qlobal sülh vətəhlükəsizliyə verdiyi misilsiz töhfələr, müəllifi olduğureallıqların bölgəyə gətirdiyi yeni inkişaf meylləri dövlətimizinbaşçısı İlham Əliyevi dünyada əsas aparıcı liderlərdən birinə,ölkəmizi isə böyük söz sahibinə çevirib. Onun hər bir addımı, qəbuletdiyi qərarları, dəyərli fikirləri təkcə Azərbaycan dövləti vəxalqı üçün deyil, ümumilikdə beynəlxalq aləm üçün də önəmlidir.Serbiya Prezidenti Aleksandar Vuçiçin “İlham Əliyev Avropada çoxməşhurlaşıb. Bilmirəm o nə edib, amma etiraf edim ki, bunun sirrinimən də bilmək istərdim”, Şimali Makedoniya Prezidenti StevoPendarovskinin “İlham Əliyev Avropada ən çox arzuolunan şəxsdir”,eləcə də Macarıstanın XİN başçısının Peter Siyartonun “Bu gün Qərbliderləri Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün Bakıya canatırlar” kimi fikirləri bir daha Prezidentimizin beynəlxalqnüfuzundan xəbər verən məqamlardır.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasındaAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri,Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Heç də təsadüfü deyil ki, Azərbaycanın üzv olduğu, ya olmadığıistənilən regional və beynəlxalq xarakterli görüşlərə cənab İlhamƏliyev dəvət olunur və qiymətli fikirləri alınır. Hətta görürük ki,Prezidentimiz dost dövlətlərin təşkil etdiyi daxili tədbirlərdəbelə ali qonaq qismində iştirak edir. Təbii ki, bütün bunlarbilavasitə dövlətimizin başçısının şəxsi nüfuzu ilə əlaqədardır.Prezident İlham Əliyevin iştirak etdiyi növbəti belə tədbir aprelin22-də Moskvada Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyimünasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilətəşkil olunan görüş oldu. Bildiyimiz kimi, BAM indiyə qədər dünyamiqyasında həyata keçirilən ən nəhəng nəqliyyat layihələrindənbiridir. Və bu layihənin ərsəyə gəlməsində azərbaycanlıların dərinzəhməti və fədakar əməyi danılmazdır. Bunun bariz nümunəsi BAM-inüzərində salınan iki qəsəbədir. Belə ki, Ulkan və Anqoyqəsəbələrini məhz azərbaycanlılardan ibarət briqadalar inşa edib vəözü də nəzərdə tutulan vaxtdan iki ay tez işi təhvil veriblər”, -AHİK sədri qeyd edib.

Onun sözlərinə görə, həmin nəhəng magistraldan danışarkən ilknövbədə yada Vətənimizin böyük oğlu, qurucu, ayaq qoyduğu hər biryerə inkişaf, tərəqqi gətirmiş Azərbaycan xalqının Ümummilli LideriHeydər Əliyev düşür: “Rusiya Prezidenti Vladimir Putin başdaolmaqla dəmir yolu sahəsinin veteranlarının Ulu Öndərimizi yadetməsi, onunla bağlı xoş xatirələrini paylaşması hər birimiziqürurlandırdı. Bu bir tarixdir ki, Azərbaycan adlı dövləti yenidənquran, onu böyük və dönməz inkişaf yoluna istiqamətləndirən HeydərƏliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindəişləyərkən də öz bənzərsiz fəaliyyəti ilə dərin iz qoyub. O, BAM-intikintisini sürətləndirmək, aparılan işin keyfiyyətini artırmaqməqsədilə 1984-cü ilin iyununda tikinti regionuna gedib. Ulu Öndərorada əməkçilərlə görüşür, tikinti obyektlərinə baxış keçirir,tikilən yeni qəsəbələr və şəhərlərlə tanış olur. SSRİ-nin rəhbərvəzifəli şəxsinin sadə əməkçilərlə görüşməsi və söhbətləşməsi,qayğıları ilə maraqlanması onlara yeni impuls verir, işi başaçatdırmaq üçün daha səylə çalışmağa ruhlandırır. Tikintinin gedişiilə bağlı onun Siyasi Bürodakı geniş nitqi, aparılan işisürətləndirməklə bağlı təşəbbüslərindən sonra BAM-in tikintisindəciddi irəliləyişlər baş verdi. Əminliklə deyə bilərik ki,bilavasitə Heydər Əliyevin peşəkar fəaliyyəti nəticəsində 1984-cüildə Baykal-Amur magistralı hesabına SSRİ-də dəmir yolu xətlərininuzunluğu 300 min kilometrdən çox artmışdı. Qürurvericidir ki,2008-ci ildə BAM-də yerləşən Anqoy stansiyası yenidən təmiredilərkən ona məhz Ulu Öndər Heydər Əliyevin adı verildi və bu, ənədalətli qərar idi”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
8
Mənbələr
Şərh ()
Bağla