AZ

Bakı metrosunda bu qatarlar yenilənəcək – Qurum rəsmisi AÇIQLADI

“İstismar müddəti başa çatmış vaqonların xüsusi texniki komissiya yaradılmaqla istismar müddəti uzadılsa da, bu o qədər də uzun olmur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında metroda istismar müddətini başa vurmuş qatarların yenilənməsi haqda danışan “Bakı Metropoliteni”nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, Bakı Metropoliteninin vaqon parkında modifikasiyasından asılı olaraq, bütün qatarların hər birinin istismar müddəti 30-31 ildir.

“Bu müddət ərzində vaqonların baxışı, təmiri qulluğu vaxtı-vaxtında aparıldığından hər hansı ciddi problem yaşanmır. Vaqon istehsalçı müəssisə tərəfindən təyin olunmuş müddət ərzində istifadə olunur. Vaqonların Bakı Metropolitendə yenilənməsi məhz bu prinsip əsasında aparılır. Yəni istismar müddəti başa çatmış vaqonların xüsusi texniki komissiya yaradılmaqla istismar müddəti uzadılsa da, bu o qədər də uzun olmur. Lakin istismar müddətini başa vurmuş vaqonlar əksər hallarda yeniləri ilə əvəz olunur. Bu da yeni nəsil qatarlardır”, – deyə o əlavə edib.

B.Məmmədov qeyd edib ki, bu vaxta qədər Bakı Metropolitenə 115 vaqon gətirilib:

“Hazırda 23 qatarın hamısı saz vəziyyətdə xətdə istifadə olunur. Bu qatarların gətirilməsinə 2015-ci ildən başlanılıb. Onların bəzilərinə böyük təmir işləri də aparılıb. Şəxsi avtomobillərdən fərqli olaraq, bu vaqonlara onların saz vəziyyətdə olub-olmamasından asılı olmayaraq, təmir mütləq qaydada həyata keçirilməlidir. Bu il bağlanmış müqaviləyə əsasən, qarşıdakı üç il ərzində Bakı Metropoliteninə 65 yeni vaqon gətiriləcək. Onlardan 35-i yaxın bir il ərzində mertopolitenə daxil olmalıdır. Hazırda bu istiqamətdə işlər aparılır. Alınan vaqonların hər biri istismar müddətini başa vurmuş vaqonları əvəz edəcək. Qeyd edim ki, proses davamlıdır və dayanmadan aparılır və zərurətdən asılı olaraq, həyata keçirilir”.

Yeni metro stansiyalarının tikintisi barədə danışan qurum rəsmisi əlavə edib ki, hazırda Bakı Metropolitenində yalnız bir stansiyanın inşası aparılır.

“Hazırda Bakı Metropolitenində yalnız bir stansiyanın inşası aparılır. Bu, bənövşəyi xətlə ümumilikdə 4-cü yeraltı stansiyasıdır. Onun şərti adı B04-dür. Stansiya Cəlil Məzmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert kompleksinin arxasında yerləşir. Stansiyada hazırda infrastrukturun qurulması işləri başa çatmaq üzrədir. Metro stansiyası 4 mərtəbədən ibarət olacaq. Bütün mərtəbələr üzrə tikinti işləri başa çatdırılıb”.

İsmayıl Bakuvi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8162
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5263
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5076
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4821
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4593
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3766
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3087
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2803
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2770
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2729
Sabah 20 dərəcə isti olacaq
2679
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2289
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2251
Röyanın biabırçı videosu yayıldı
2201
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2100
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2078
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1841
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1710
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1674
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1611