AZ

5 boksçumuz 1/4 final döyüşünə çıxır

Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında (15 aprel - 29 aprel) bu gün Azərbaycanın 5 qadın boksçusu rinqə çıxacaq.

Offsideplus.az xəbər verir ki, onların hər biri 1/4 final qarşılaşmaları keçirəcəklər. 

48 kq. Anaxanım İsmayılova – Sevda Yuliyanova (Bolqarıstan)

50 kq. Marjona Savriyeva – Nina Radovanoviç (Serbiya)

52 kq. Zeynəb Rəhimova – Venelina Poptoleva (Bolqarıstan)

57 kq. Məhsəti Həmzəyeva – Svetlana Kamenova (Bolqarıstan)

66 kq. Şəhla Allahverdiyeva – Milena Matoviç (Serbiya)

Qeyd edək ki, 1/4 finalın qalibi ən azı Avropa çempionatının bürünc medalını təmin edəcək. 

Xatırladaq ki, daha öncə Azərbaycan boks millisinin üzvlərindən kişi boksçu Alfonso Dominqes (92 kq) yarımfinala yüksələ bilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
Mənbələr
Şərh ()
Bağla