AZ

Azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb

2024-cü ilin I rübündə Azərbaycanda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən xərcləmələr 1 milyard 220,7 milyon manat təşkil edib. Bu barədə Maliyyə Nazirliyi xəbər verir.
 
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 % çoxdur.
 
Bu il Qarabağ və Şərqi Zəngəzura büdcədə 3 milyard 825 milyon manat vəsait nəzərdə tutulub. Yanvar-mart aylarında bunun 31,9 %-i xərclənib.

www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
5
Mənbələr
Şərh ()
Bağla