AZ

Oxuduğumuz kitab sayı aldığımız maaşın məbləğinə təsir edirmi?

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bəzi insanlar kitaba xərclədiyi pulu əlavə xərc kimi hesab etsələr də, kitaba mütamadi olaraq pul ayıran adamlar da az deyil. İnsanlar kitab oxuyaraq özlərini təkmilləşdirir, işlərində, həyatlarında, karyeralarında daha yaxşı yerlərə gəlməyə çalışırlar. Bəs maraqlıdır, bizim oxuduğumuz kitab sayı aldığımız maaşın məbləğinə necə təsir edir?

Bu barədə Valyuta.az-a danışan kitab bloqçusu, "LIBRAFF" kitab mağazalarının PR mütəxəssisi Sərxan Rüstəmov deyir ki, aldığımız kitaba xərc kimi yox, sərmayə, gələcəyə yatırım kimi baxmalıyıq:

“Biz qida, geyim və s. alırıq və bunlar müvəqqətidir. Həmin gün bizi doyurur, əynimizi isti saxlayır və s. Kitabın həmin anda faydasını görmək olmur, amma uzun müddətli dövrdə çox yaxşı fayda verir. Bu, gələcəyə yatırım, sərmayə qoyuluşudur. Biz kitabı əsasən, tələbəlik, gənclik illərində, karyeramızın başlanğıcında alırıq. Bunun da gələcəkdə mütləq faydasını görürük. Bu, şəxsi həyata, dostlarla münasibətə və birbaşa olaraq aylıq gəlirimizə təsir edir. Bir növ döngü var ki türklər buna “kısır döngü” deyirlər, biz onu qırmağa çalışmalıyıq. "Maaşım azdır, kitab alıb, oxuya bilmirəm" düşüncəsini qıra bilsək, insanlar davamlı olaraq kitab oxuya və karyerasını daha yaxşı formada inkişaf etdirə bilər”. 

S.Rüstəmov onu da qeyd edir ki, kitabı yalnız pul qazanmaq üçün oxumaq da düzgün yanaşma deyil:

“İnsanın mənəvi tərəflərini inkişaf etdirmək, həyatdakı çətinliklərə daha yaxşı sinə gərə bilmək üçün kitab oxumaq ən yaxşı vasitələrdən biridir. Bu, bizə əlavə xərc kimi gəlsə də, əslində bu, gələcəyə olunmuş çox yaxşı yatırımdır. Kitaba xərclədiyimiz pulu inkişafımıza qoyduğumuz büdcə kimi yanaşsaq, bu, bizim üçün daha yaxşı olar”.

Əvəz Həsənov

Seçilən
85
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
191
BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
165
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
165
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
161
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
151
Azərbaycanda bu məhsul bahalaşdı
140
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
135
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
121
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
118
Helikopter qəzası ilə bağlı yeni xəbər
108
Həlak olan şəxslər sabah dəfn olunacaq
108
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
106
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
100
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
88
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
87
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
83
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
79
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
75
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
74
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
73