AZ

Tank bölmələrində yarış keçirilib

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələrinin şəxsi heyəti arasında yarış keçirilib.
Yarış zamanı bölmələrdə şəxsi heyətin fiziki hazırlığı yoxlanılıb, zirehli texnikanın ştat silahlarının təyin olunmuş vaxt ərzində sökülüb-yığılması, eləcə də digər tapşırıqlar üzrə normativlər qəbul edilib.  Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların fərdi bacarıqlarının inkişaf etdirilməsi, o cümlədən döyüş vərdişlərinin təkmilləşdirilməsidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
25
Mənbələr
Şərh ()
Bağla