AZ

Ermənilər Qarabağa qayıdır? - Paşinyandan gündəmi silkələyəcək cavab

Ermənistanın baş naziri Nikol Paşinyan hazırkı reallıqda Qarabağdan köçmüş ermənilərin geri qayıda bilmək imkanlarının olmadığını bildirib. 

Herbiand.az xəbər verir ki, Paşinyan bunu Britaniya mətbuatına geniş müsahibəsində bildirib. 

“Bizim siyasətimiz ondan ibarətdir ki, əgər “Dağlıq Qarabağ”dan məcburi köçkün düşmüş qardaş və bacılarımızın “Dağlıq Qarabağ”a qayıtmaq üçün real imkanları və ya istəyi yoxdursa, biz onların Ermənistan Respublikasında qalmaları üçün əlimizdən gələni edəcəyik. 

Sizə onu da demək istəyirəm ki, bu yaxınlarda bölgə səfərlərimin birində “Dağlıq Qarabağ”dan məcburi köçkün düşmüş bir qadın yanıma gələrək sual verdi və dedi: “Bizim ora qayıtmaq imkanımız nə dərəcədə realdır? Xahiş edirəm mənə birbaşa və səmimi deyin”. 

Mən də ona belə cavab verdim: "Regionumuzda mövcud olan təsəvvürləri, Azərbaycanda mövcud olan təsəvvürləri, “Dağlıq Qarabağ” erməniləri arasında mövcud olan təsəvvürləri nəzərə alsaq, sizə birbaşa və səmimi deyirəm: indiki vəziyyətdə “Dağlıq Qarabağ”a qayıtmağı real hesab etmirəm. Dedim ki, mən sizi aldada bilmərəm, çünki geri qayıdış real olsaydı, heç “Dağlıq Qarabağ”dan köç olmazdı". 

Amma onu da qeyd etmək lazımdır ki, Ermənistan Respublikası hökuməti hər şeyi etməyə çalışdı, halbuki 2023-cü ilin sentyabr ayının son günlərində bizi ittiham etdilər. O zaman “Dağlıq Qarabağ”da fəaliyyət göstərən “hakimiyyət orqanları”, eləcə də bəzi dairələr bizi ittiham edirdilər ki, guya Ermənistan hökuməti “Dağlıq Qarabağ” ermənilərinin qaçıb Ermənistan Respublikasına köçməsinə imkan vermir. 

O zaman biz çalışırdıq, hər şeyi etmək istəyirdik, amma bu məsələ bizim qərarlarımızdan tamamilə asılı deyildi. Çalışırdıq mümkün olan hər şeyi edək ki, ermənilərin “Dağlıq Qarabağ”dan köçməsi baş verməsin. Amma cəhdlərimiz nəticə vermədi”. 

Paşinyan bildirib ki, bəzi qüvvələr var idi ki, həmin şəraitdə Ermənistan Respublikasını uzaq hədəfləri olan müharibəyə sürükləmək istəyirdilər: 

“Əvvəlki suallara da cavab olaraq dedim ki, Ermənistan Respublikası “Dağlıq Qarabağ” uğrunda müharibə aparmaq fikrində deyil. Mən dedim ki, Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir iddiası yoxdur. Və ümid edirik ki, delimitasiya prosesində Ermənistan Respublikasının ərazi bütövlüyü bərpa olunacaq”. (yenisabah.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7443
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5139
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4818
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4641
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4402
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3657
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2926
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2652
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2641
Sabah 20 dərəcə isti olacaq
2554
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2553
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2214
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2164
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2060
Röyanın biabırçı videosu yayıldı
2033
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
1997
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1689
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1593
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1573
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1563