AZ

Oğlanların çoxu belə deyil - 38 qol vuran Aysun Seydiyeva (MÜSAHİBƏ) (VİDEO)

Bakı. Trend:

“Neftçi”nin futbolçusu Aysun Seydiyeva İdman.bizə müsahibəverib.

Trend İdman.biz-əistinadən müsahibəni təqdim edir:

- Azərbaycan Yüksək Qızlar Liqasında “Olimpiya”ya 41:0hesabı ilə qalib gəldiyiniz oyunda 38 qol vurmusuz. Bunu necə şərhedərdiz?

- Hamı bundan danışır, ancaq rəqibimiz çox güclü deyildi,komanda yoldaşlarım da topları mənə ötürdüyünə görə bu qədər qolvura bilmişəm. Hazırda çempionatımızın vəziyyəti o qədər də yaxşıdeyil, cəmi üç əsas rəqib var: “Neftçi” “Sumqayıt” və “BakuJuniors”. Bu komandalarla oynayanda çətin olur. Digərləri isə hələo səviyyəyə gəlib çatmayıb.

- Sizcə, ölkəmizdə qadın futbolunda inkişafı ləngidənəsas amillər nələrdir?

- Əsas problemlər maddiyyat və qadın komandalarına qarşı olandiqqətsizlikdir. Bilirik ki, “Sabah” və “Qarabağ”ın YüksəkLiqalarında qız komandaları yoxdur. Əgər onlar da “Neftçi”,“Sumqayıt”, “Qəbələ” kimi qadın futboluna diqqət yetirsələr,inkişaf da olar.

- “Sumqayıt”dan söz düşmüşkən, Yüksək Liqada turnircədvəlinə “gənclik şəhəri” təmsilçisi başçılıq edir.

- Keçən il də ən yaxşı “Sumqayıt” idi, çempion olmuşdu. Bu il dəkifayət qədər güclü rəqibdir. Onlarla futbol oynayanda hiss edirsənki, qarşında rəqib var.

- Aysun, siz əvvəllər legioner həyatı yaşamısınız. Yenətəklif gəlsə, gedərsiniz?

- Ana olduqdan sonra bir az çətin məsələdir. Çünki uşağıdüşünmək məcburiyyətindəyəm. Əgər Aminə xaricdən belə bir təklifgəlsə və onun komandasının qız komandası olsa, orada oynayaram.Ancaq tək özümə təklif gəlsə, indiki durumda dəyərləndirə bilmərəm.Ana olandan sonra öz anamı da başa düşürəm. Həqiqətən də, uşağabaxmaq, üstəlik futbolla məşğul olmaq çox çətindir. Ancaq xalammənə çox dəstək olur. Məşqlər, oyunlar zamanı oğluma o baxır.

- Bəs, Azərbaycanda hansı komandadan təklif gəlsə,dəyərləndirərsiniz?

- Elə bir komanda yoxdur. Futbol karyerama “Neftçi”dəbaşladığıma görə, Azərbaycanda qalsam, elə burda da davametdirərəm, digər klubları düşünmərəm.

- Bir müddət öncə futboldan getmək istədiyinizidemişdiniz. Hələ də bu istək aktualdır?

- Elə bir fikrim var idi, ancaq hazırda davam edirəm.

- Belə düşünməyinizə səbəb nə idi?

- Diqqətsizlik. Ümumiyyətlə, qadınlara qarşı hər yerdə bu cürdiqqətsizlik var, getdiyim bütün ölkələrdə bunu görmüşəm. Ammabizdə daha çoxdur. Millətlər Liqasının C divizionunda birinciolduqdan sonra bir az bizdən danışdılar və unudulduq. Əslində, buçox böyük uğur idi, daha çox qabardıla bilərdi. Ancaq bundanbir-iki televiziya kanalında danışdılar, vəssalam.

- Bəlkə danışılması üçün uğurların davamıolmalıdır?

- Baxın, Macarıstanla səfərdə nəticə 1:1 oldu, hətta uda dabilərdik. Çox güclü komandadır. O oyundan sonra İsveçrə iləqarşılaşmada stadionu boş görürüksə, daha neyləyə bilərik? Onoyundur ki, məğlub olmurduq. Ancaq bunu görmürlər. Matçlarımızaazarkeşlər gəlmir, bizi dəstəkləmirlər. İdmançının motivasiyaya çoxehtiyacı var. Qadın futbolunun reklamı da çox aşağıdır.

- Ailə üzvləriniz necə? Onlar oyunlarda stadionagəlirmi?

- Arada Aminin vaxtı olanda gəlir. Anam çox vaxt gələ bilmir,qardaşım tez-tez gəlir. Qardaşım özü də futzal oynayır.

- Bəs siz Aminin oyunlarına gedirsiniz?

- Bəli, hər oyununa getməyə çalışıram. Səfər oyunlarına gedəbilməsəm də, ev oyunlarında həmişə yanında oluram. Onun uğurunuizləmək xoşuma gəlir.

- Azərbaycanda çox vaxt qadın futbolçular ailə qurandansonra futbolla vidalaşır. Bu baxımdan siz şanslı olmalısınız.Karyeranızı davam etməyinizdə həyat yoldaşınız Amin Seydiyevin dəfutbolçu olmağının çox güman rolu var.

- Bəli, mentalitetə görə, qızlarımızın çoxu ailə qurandan sonrafutboldan uzaqlaşıblar. Biz bu işə uşaqlığımızı vermişik,birdən-birə karyeranı atmaq asan deyil. Qarşıma Amin çıxmasaydı,bəlkə də, hələ ailə həyatı qurmazdım. Sadəcə futbolla məşğulolardım. Yaxşı ki, Amin kimi məni başa düşən, dəstək olan adamçıxıb qarşıma. Ancaq başqa oğlanların çoxu belə deyil.

- Sizin gəldiyiniz dövrdən bu günə dəyişən şeylərçoxdurmu?

- 2010-cu ildə milli komandaya təzə gələndə indikindən daha çoxproblemlər vardı. Qızların futbola gəlməyini valideynlər yaxşıqarşılamırdı. İllər keçdikcə valideynlər də, azarkeşlər də bununormal qəbul etməyə başladı. Əvvəllər komandaya qız tapmaq çoxçətin idi. Baş məşqçimiz Siyasət Əsgərov rayonlara gedir,həftələrlə qalır, futbol oynayan qız axtarırdı. Ancaq bu günvalideynlər özləri çalışırlar ki, uşaqlarını gətirsinlər. İndinisbətən vəziyyət dəyişib. Ailə qurandan sonra da qadınlara dəstəkolsalar, yaxşı olar. Qız tapa bilmirik, çox azdırlar. Balaca yaşqruplarından gəlib bizə yaxşı oyunçular çatmır. Çünki uşaqfutbolumuz o dərəcədə də inkişaf etməyib. Elə olur ki, 13 yaşındanfutbola başlayırlar. Bu çox gecdir. Mən məsələn, altı yaşımdanbaşlamışam.

- Siz həm də milli komandanın üzvüsünüz. Hazırdayığmanın vəziyyətini necə dəyərləndirirsiniz?

- Komanda olaraq vəziyyətimiz çox yaxşıdır. Düzdür, axırıncıoyunumuz ürəkaçan olmadı, İsveçrənin səviyyəsi məlumdur. Ancaqsonadək vuruşduq. Maksimum xal toplayıb B liqasında davam etməkistəyirik. Qrupumuzun favoriti İsveçrədir, Macarıstan da onayaxındır. Amma Türkiyə ilə bərabər səviyyədəyik. Hətta onlara qalibdə gələ bilərik. Macarıstana da qalib gələ bilərdik, heyf ki,fürsətləri dəyərləndirə bilmədik. Ümidvaram, növbəti oyundaMacarıstandan xallar ala bilərik.

- Azərbaycan çempionatında azarkeşlik etdiyiniz komandavarmı?

- Amini tanıyana qədər Azərbaycan çempionatını izləmirdim.Azarkeşlik etdiyim komanda da “Sabah”dır. Başqa ölkəninkomandalarına qarşı oynayanda isə “Qarabağ”.

- Bəs “Neftçi”?

- “Neftçi” heç də. Öz oynadığım komandadır.

- Artıq üç komandanın adını çəkdiniz. Onda siz komandanıyox, Amini dəstəkləmiş olursunuz.

- Yüz faiz. Amin harda olsa, onun komandasının uğurunasevinəcəm.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
1
Mənbələr
Şərh ()
Bağla