AZ

Bu qaydanı pozan şəxslər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Nazirlər Kabinetinin ölkədə taksi xidməti ilə bağlı qərarı iyulun 1-dən qüvvəyə minəcək. 

Day.Az xəbər verir ki, taksilərlə bağlı bu tələblər bunlar olacaq:

Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətinə icazə ala bilsin

Taksilər üçün yalnız iki rəng - qırmızı və ağ rənglər tətbiq olunacaq. Ancaq bu, yeni avtomobillərə aiddir, hazırkı taksi avtomobilləri olduğu kimi qala bilər.

Taksilərin salonunda videokameralar olmalıdır.

Taksilərdə nağdsız ödəniş üçün POS-terminal, taksometr və ya dijital ödəniş vasitəsi - mobil telefon proqramı olmalıdır.

Taksi sürücüləri buraxılış vəsiqəsi, buraxılış kartı və şəhadətnamə almalıdır.

İyulun 1-dən etibarən, istehsal ili 15-i keçən maşınlar taksi fəaliyyəti üçün yararsız hesab olunacaq. Bu, o deməkdir ki, yaşı 15-dən yuxarı olan avtomobil sahibləri taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək. Buna əməl etməyən sürücülər isə cərimələnəcək.

Mövzu ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etdik. Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, taksi sürücüləri ilə bağlı maarifləndirmə işləri görülür: ""Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, taksi xidməti sektorunda buraxılış vəsiqəsi və buraxılış kartı tətbiq edilir. Buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür.

Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub. Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulub.

Taksi ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri olmayan daşıyıcıya, eyni zamanda buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər üçün 200 manat, hüquqi şəxslər üçün isə 300 manat məbləğində cərimə sanksiyaları mövcuddur. Buraxılış vəsiqəsi olmadan taksi fəaliyyəti göstərənlərə AYNA, buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlara isə həm AYNA, həm də DYP tərəfindən cərimələr tətbiq edilə bilər". 

Seçilən
39
18
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1872
Sabah 25 dərəcə isti olacaq - PROQNOZ
1672
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1532
Azərbaycanda bu məhsul bahalaşdı
1469
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
1275
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
1259
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
1239
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
1196
Yağıntılı hava şəraiti sabah da davam edəcək
1145
Prezident İlham Əliyev Volodimir Zelenski ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
1138
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
1120
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
1092
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
1083
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
1055
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
1032
Helikopter qəzası ilə bağlı yeni xəbər
992
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
925
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
912
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
908
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
896