AZ

Aydın Süleymanlı finalda rəqibini gözləyir

Aydın Süleymanlı kişi şahmatçılar arasında təşkil olunmuş Azərbaycan çempionatında yarımfinalın qalibi kimi finala yüksəlib.

Arena.az bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən yarımfinalın hər iki partiyasında Aydın Süleymanlı Xəzər Babazadəni üstələyib. Bununla da o, adını finala yazdırıb.

Yarımfinal mərhələsinin ikinci günündə Məhəmməd Muradlı Vüqar Rəsulovu məğlub etməklə ilk partiyadakı məğlubiyyətin əvəzini çıxıb – 1:1. Bu gün onlar arasında tay-brek oynanılacaq. Məhz bu görüşdən sonra ikinci finalçının adına aydınlıq gələcək.

Xatırladaq ki, şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq