AZ

Elnur Məmmədov: Ermənistan sosial şəbəkələrdə nifrət nitqinin yayıldığı saxta hesabları azərbaycanlıların hesabları kimi təqdim edib

Ermənistan sosial şəbəkələrdə azərbaycanlı istifadəçilərə məxsus olduğu iddia edilən saxta hesablar yaradıb. Onların vasitəsilə nifrət nitqi yayılırdı.

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan nümayəndə heyəti Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) “Azərbaycan Ermənistana qarşı” işi üzrə Ermənistanın ilkin etirazları əsasında keçirilən dinləmədə Azərbaycanın şifahi arqumentini təqdim edərkən deyib.

“2021-ci ildə “Twitter” Ermənistan hökumətinə bağlı olan, azərbaycanlılara qarşı nifrət nitqi yayan və ya saxta hesablar olan, həmçinin guya azərbaycanlı istifadəçilərə məxsus olan və ermənilərə qarşı nifrət ifadə edən 30-dan çox hesab müəyyən edib”, - o qeyd edib.

E.Məmmədovun sözlərinə görə, Ermənistanın rəsmi nümayəndəsi dinləmələr zamanı bildirib ki, guya Azərbaycan Ermənistanın irqi cinayətləri ilə bağlı heç bir video sübut təqdim edə bilməz:

“Bu, yenə açıq-aşkar yalandır. Ermənistan nümayəndəsinin iddiasının əksinə olaraq, təkcə Azərbaycanın iddiasına azərbaycanlılara qarşı törədilmiş dəhşətli vəhşilikləri əks etdirən nə az, nə çox, 17 video əlavə edilib. Buna görə də Azərbaycanın Ermənistana qarşı iddiası birmənalı olaraq mahiyyəti üzrə konvensiyanın yurisdiksiyasına aiddir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7413
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5131
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4810
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4597
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4395
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3650
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2925
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2652
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2633
Sabah 20 dərəcə isti olacaq
2549
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2538
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2192
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2163
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2058
Röyanın biabırçı videosu yayıldı
2025
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
1985
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1683
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1589
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1571
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1559