AZ

“Kəpəz”, “Qəbələ” ilə görüşə itki ilə çıxacaq

"Kəpəz"in hücumçusu Amil Yunanov premyer-liqanın 32-ci turunda "Qəbələ"yə qarşı keçiriləcək səfər görüşü də buraxacaq.

“Football-plus.az” xəbər verir ki, zədə səbəbindən ötən tur "Sabah"la matçda da meydana çıxa bilməyən futbolçunun müalicəsi davam edir. Təcrübəli hücumçunun 33-cü turun "Neftçi" - "Kəpəz" qarşılaşmasında meydanda olacağı ehtimal edilir.

Qeyd edək ki, Yunanov Premyer Liqanın 30-cu turunun "Səbail"lə görüşündə zədələnərək meydanı vaxtından əvvəl tərk etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq