AZ

Ukraynaya yeni hərbi yardım paketi – 617 milyon dollar…

Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Polşaya səfəri zamanı Ukraynaya 617 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayacağı gözlənilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin keçmiş müşaviri Anton Geraşenko paylaşım edib.

Məlumata görə, paket əsasında Kiyevə 60 qayığın, 1600-dən çox zərbə və Hava hücumundan müdafiə raketlərinin, “Storm Shadow” yüksək dəqiqlikli uzunmənzilli raketlərin, 400-dən çox hərbi nəqliyyat vasitəsinin, 160-dan çox “Husky” avtomobilinin, 162 zirehli maşının və 78 yerüstü nəqliyyat vasitəsinin verilməsi nəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla