AZ

Azərbaycanda vəzifəli şəxsin məhkəməsi başlayır

Vətəndaşların hərbi xidmətdən yayınmalarını təşkil etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə Publika.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Saxta sənədlər hazırlamaqla çağırışçıların qanunsuz olaraq həqiqi hərbi xidmət keçməkdən yayınmalarını təşkil edən “The Times Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru Ceyhun Hacıyevin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaqla Ceyhun Hacıyevin ona müraciət etmiş ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq onların guya xarici ölkədə yerləşən ali təhsil müəssisələrində əyani şəkildə bakalavr və magistr təhsili almalarına dair saxta sənədlər hazırlamasına, habelə həmin şəxslərin sözügedən sənədlərdən istifadə edərək növbəti hərbi çağırışdan boyun qaçırmalarını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
20
Mənbələr
Şərh ()
Bağla