AZ

Çingiz Hüseynzadə: "Azərbaycan tanınmış idman ölkəsinə çevrilib"

Azərbaycan dünyada tanınmış idman ölkəsinə çevrilib.

"Report" xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə MOK ilə "Visa" beynəlxalq kart təşkilatının birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycanda olimpiya hərəkatı geniş inkişaf edir: "Azərbaycanda olimpiya hərəkatının yaranmasına müəyyən dərəcədə nail olunub. Azərbaycanda ilk Avropa Oyunları, İslam Oyunları, bir sıra idman növləri üzrə Avropa və Dünya çempionatları keçirilib. Bu tədbirlərin həyata keçirilməsində Azərbaycan Olimpiya Komitəsinin tərəfdaşları hər zaman yanımızda olub.

Ümid edirəm ki, bizim bütün sponsorlarımız, o cümlədən, "Visa" ilə birgə Parisdə növbəti qələbələr qazanacağıq".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
2
Mənbələr
Şərh ()
Bağla