AZ

Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələnib

Bakı, 23 aprel, AZƏRTAC

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis əməkdaşları maarifləndirmə və profilaktik işləri davam etdirirlər. Nərimanov Rayonu Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan köşk və mağazalar aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, azyaşlılara tütün məmulatı satan satıcılarla profilaktik söhbət aparılıb. Həmin obyekt sahibləri barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Qeyd edək ki, polis əməkdaşları paytaxtla yanaşı, bölgələrdə də yetkinlik yaşına çatmayanlara tütün məmulatların satışının qarşısının alınması məqsədilə profilaktik tədbirləri mütəmadi olaraq davam etdirir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
11
Mənbələr
Şərh ()
Bağla