AZ

Masallıda 5 kq narkotikin satışına görə 2 nəfər tutuldu

Masallıda narkotiklərin satışında şübhəli bilinən şəxslər saxlanılıblar.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlər zamanı Oruc Hacıyev saxlanılıb. Ondan satış üçün hazır bükümlərdə qablaşıdırılmış heroin aşkarlanıb.

O.Hacıyevin narkotik vasitəni həmyerlisi Amid Nəzərlidən aldığı müəyyən edilib. Tədbirlərin davamı olaraq A.Nəzərli də saxlanılıb. Onun üzərindən və evindən ümumilikdə 5 kiloqramdan artıq metamfetamin, heroin və marixuana aşkarlanıb.

Araşdırmalar aparılır.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
13
Mənbələr
Şərh ()
Bağla