AZ

“AzerGold”un birinci rübdə pərakəndə satış gəliri 8 faiz artıb

“AzerGold”un

Bakı, 23 aprel, AZƏRTAC

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2024-cü ilin birinci rübü ərzində qiymətli metalların pərakəndə satış bazarında fəaliyyətini uğurla davam etdirib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, sözügedən dövr ərzində “AzerGold”un rəsmi satış və mübadilə mərkəzində qızıl və gümüş sikkə, eləcə də, qızıl külçələrin satışından 3 milyon 56 min 254 manat gəlir əldə edilib. Bu, ötən ilin eyni dövri ilə müqayisədə pərakəndə satış gəlirlərində 8 faiz artım deməkdir. Səhmdar cəmiyyət tərəfindən sözügedən dövr ərzində 713 unsiya qızıl, 8 unsiya gümüş məhsullarının pərakəndə satışı həyata keçirilib.

Qeyd edək ki, “AzerGold” QSC ilk dəfə 2018-ci ildə yerli qızıl və gümüş xammalından istehsal etdiyi sikkə və külçələri 2019-cu ildən pərakəndə bazarda satışa təqdim edib. Cari il aprelin 1-dək ümumi çəkisi 9,787 unsiya olan qızıl sikkə və külçələr, ümumi çəkisi 533 unsiya olan gümüş sikkələrin pərakəndə satışından 36 milyon 286 min 200 manat vəsait əldə edilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
12
Mənbələr
Şərh ()
Bağla