AZ

Azərbaycanda bu il istehsal olunan elektrik enerjisinin HƏCMİ 

Bu ilin I rübündə Azərbaycanda elektrik enerjisinin istehsalı 7 milyard 129,3 milyon kVt/saat, ixracı 360,3 milyon kVt/saat, idxalı isə 44,3 milyon kVt/saat olub. 

Bizim.Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. 

Onun sözlərinə görə, hesabat dövründə istilik elektrik stansiyalarının hesabına 6 milyard 519,2 milyon. kVt-saat, su daxil olmaqla bərpa olunan enerji mənbələrinin hesabına 241,5 milyon kVt/saat artımla 610,1 milyon kVt-saat elektrik enerjisi istehsal edilib. 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
4
Mənbələr
Şərh ()
Bağla