AZ

Ermənistan-Gürcüstan yolunda hərəkət bərpa edilib

Ermənistan polisi Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edən bir qrup şəxsin bağladığı Ermənistan-Gürcüstan yolunda hərəkəti bərpa edib.“Sputnik-Armenia” xəbər verir ki, bu barədə yerli administrasiyadan məlumat verilib.Bildirilib ki, sakinlərlə danışıqlardan sonra onlar yolu açmağa razılaşıblar.Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiyası üzrə işçi qruplarının görüşündə tərəflər prosesin Tavuş vilayətindən başlanması, eləcə də komissiyanın əsasnaməsi üzərində işin iyulun 1-dən yekunlaşdırılması barədə razılıq əldə olunub.**Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı çıxan 7 nəfər saxlanılıb.Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.Bildirilib ki, Ermənistanın Tavuş vilayətində Gürcüstanla dövlətlərarası avtomobil yolunun bağlanması zamanı xuliqanlıq etməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb.(APA)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
18
senzor.az

10Mənbələr

Şərh ()
Bağla