AZ

Ermənistan-Gürcüstan yolunda hərəkət bərpa edilib

Ermənistan polisi Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edən bir qrup şəxsin bağladığı Ermənistan-Gürcüstan yolunda hərəkəti bərpa edib.Metbuat.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə yerli administrasiyadan məlumat verilib.
    Bildirilib ki, sakinlərlə danışıqlardan sonra onlar yolu açmağa razılaşıblar.Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiyası üzrə işçi qruplarının görüşündə tərəflər prosesin Tavuş vilayətindən başlanması, eləcə də komissiyanın əsasnaməsi üzərində işin iyulun 1-dən yekunlaşdırılması barədə razılıq əldə olunub.***Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı çıxan 7 nəfər saxlanılıb.Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

    Bildirilib ki, Ermənistanın Tavuş vilayətində Gürcüstanla dövlətlərarası avtomobil yolunun bağlanması zamanı xuliqanlıq etməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb.

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    76
    18
    metbuat.az

    10Mənbələr

    Şərh ()
    Bağla