AZ

BU HƏFTƏ PARLAMENT SEÇKİSİ ELAN OLUNA BİLƏR – Seçkinin bu tarixə təyin olunacağı gözlənilir

Bu həftənin sonunda Azərbaycanda parlament seçkisinin elan olunacağı gözlənilir.“AzPolitika”ya daxil olan məlumata görə, növbədənkənar seçki iyunun sonlarına təyin olunacaq.
Məlum olduğu kimi, Azərbaycanda sonuncu parlament seçkiləri 9 fevral 2020-ci il tarixində növbədənkənar qaydada keçirilib. Xatırladaq ki, Azərbaycan Konstitusiyanın 84-cü maddəsinin ikinci bəndinə görə, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Bu, o deməkdir ki, seçki 2024-cü ilin noyabr ayında keçirilməli idi. Lakin seçkinin daha tez keçiriləcəyi gözlənilir. Həmçinin, “AzPolitika”-ya daha öncə daxil olan məlumatda deyilirdi ki, ölkəmizdə növbəti parlament seçkisi bu ilin iyun ayında keçiriləcək. Odur ki, həftəsonu Azərbaycanda iyun ayında parlament seçkisinin keçirilməsi ilə bağlı qərarın elan olunacağı gözlənilir. Məlumata görə, seçkinin iyun ayına təyin olunmasına səbəb ölkəmizi cari ildə gözləyən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin sıx qrafikidir. Xatırladaq ki, həmçinin, Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir ki, buna da hazırlıq işləri aparılmalıdır və ardıcıl olaraq qısa zaman kəsiyində iki seçki keçirmək, eyni zamanda da böyük beynəlxalq tədbir təşkil etmək həm paytaxtı, həm də bu işlə məşğul olacaq strukturları hədsiz dərəcədə yükləmiş olardı.


Böyük beynəlxalq tədbirlərə gəlincə, buraya noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək BMT-nin “COP29” sessiyası və “Formula-1” yarışını aid etmək olar. Xatırladaq ki, Konstitusiyanın 98-ci maddəsində Prezidentin parlamenti buraxmaq səlahiyyətinə malik olduğu təsbit edilib. Rasim“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13759
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11073
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9103
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2959
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2499
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2220
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2117
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2075
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1832
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1549
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1053
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
755
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
677
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
665
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
657
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
656
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
613
Arda Gülər dayanmır, yenə fərqləndi -
585