AZ

Toyda atəş açan şəxslər saxlanıldı - FOTO

Rusiyanın Surqut vilayətində bir qrup şəxs həyətdə atəş açmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə ura.ru saytı yazır.

Hadisə yerli sakinlərin hüquq-mühafizə orqanlarına müraciətindən və toyda tapançadan atəş açılmasından şikayət etdikdən sonra məlum olub. Hadisə yerindən çəkilmiş kadrlarda kişilərin həyətdə maşının yanında necə dayandığını və onlardan birinin tapançanı havaya qaldırdığını görmək olar.

Regional Daxili İşlər Nazirliyinin əməkdaşları jurnalistlərə açıqlamasında bildiriblər ki, artıq həmin şəxslərin kimliyi müəyyən edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
199
1
Mənbələr
Şərh ()
Bağla