AZ

Türkiyə mətbuatı, 22 aprel 2024

 

“Hürriyet”: Fidan “Müstəqil Fələstin dövləti qurulana qədər səylərimiz fasiləsiz davam edəcək” dedi

  Türkiyənin xarici işlər naziri Hakan Fidan aprelin 21-də mavritaniyalı həmkarı Məhəmməd Səlim Vild Merzuk ilə keçirdiyi birgə mətbuat konfransında bunları söyləyib: “Bizim səylərimiz 1967-ci il sərhədlərinə əsaslanan, müstəqil, suveren və coğrafi cəhətdən suveren Fələstin dövləti qurulana qədər fasiləsiz davam edəcək. Şərqi Qüds onun paytaxtıdır”.

“Star”: Çondan Türkiyə müdafiə sənayesinə təriflər

  Cənubi Koreyanın Türkiyə yeni səfiri Çon Yondu (Jeong Yeondoo) deyib: “Türkiyə pilotsuz uçuş aparatları, pilotsuz dəniz aparatları və ən müasir döyüş təyarələri ilə müdafiə sənayesi sahəsində mühüm uğurlar əldə etdiyi üçün hər iki ölkə gələcəkdə də birlikdə işləməyə davam edəcək, yeni müdafiə əməkdaşlıq imkanları olacaq”.

“Sabah”: Türkiyəli həkimlər əfqanıstanlı uşaqlara ümid verir

  Türkiyənin müxtəlif şəhərlərindən Əfqanıstana gedən 12 nəfərlik könüllü həkim qrupu paytaxt Kabildəki Atatürk Uşaq Xəstəxanasında müalicə və əməliyyatlara başlayıb. Türkiyəli həkimlər əfqanıstanlı uşaqlarına ümid bəxş edir.

“Haber Türk”: Quşadasında kruiz gəmisi sıxlığı

  Türkiyənin Aydın rayonunun Quşadası qəsəbəsində kruiz turizmindəki aktivlik tacirləri sevindirdi. 2023-cü ildə 531 kruiz gəmisi ilə 785 min sərnişini qəbul edən şəhər 2024-cü ildə dəniz yolundan 625 gəmi ilə 1 milyondan çox turist qəbul edəcək.

“Vatan”: Ayla Aksu İtaliya çempionudur

  Türkiyənin milli tennisçisi Ayla Aksu İtaliyada keçirilən “W35 Santa Margherita di Pula” turnirində yeganə çempion olub. Yarımfinalda çempionatın ev sahibi Beatris Riççini (Beatrice Ricci) məğlub edən Aylanın finaldakı rəqibi çexiyalı Lüsi Havlickova yarışdan geri çəkilib. Bununla da milli tennisçi karyerasının ən mühüm təklik çempionluğunu qazanıb.

 

 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
37
trt.net.tr

10Mənbələr