AZ

Türkiyə İsrailə bu məhdudiyyəti qoydu

Türkiyə hökuməti aprelin 9-dan etibarən İsrailə malların ixracına məhdudiyyətlər qoyur.

Publika.az xəbər verir ki, qərarları Türkiyə Ticarət Nazirliyi həyata keçirəcək.

İlk mərhələdə bu tədbir aviasiya yanacağı, motor yağları və mineral gübrələr də daxil olmaqla 54 mala təsir edəcək.

“Bu günə qədər Türkiyə birinci mərhələdə İsrailə 54 malın ixracını məhdudlaşdırmaq qərarına gəlib. Qərarlar dərhal Ticarət Nazirliyi tərəfindən icra ediləcək”, - “TRT Haber” məlumat yayıb.

Ötən gün Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara İsrailə qarşı bir sıra yeni tədbirlər görməyə qərar verib. Bu məhdudiyyətlər prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib və təxirə salınmadan həyata keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
37
publika.az

10Mənbələr