- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
Hindistanın paytaxtında yerləşən Qazipur zibilxanasında yanğın baş verib. Ekoloqlar hadisə ilə əlaqədar həyəcan təbili çalırlar. Bildirirlər ki, əhali ekoloji fəlakətlə qarşı-qarşıyadır.
Yerli ekspertlər qeyd edirlər ki, yanğına səbəb zibilxanada yaranan qaz olub.
Hələlik ölən və yaralananlar barədə xəbər verilmir.
Məlumata görə, Nyu-Delhinin şərqindəki Qazipur zibilxanası ölkənin ən böyük zibilliyidir. İctimai fəallar deyirlər ki, hər il onun hündürlüyü orta hesabla 10 metr artır (hələ 2019-cu ildə poliqonun hündürlüyü 65 metr idi).
Rəsmilər 2023-cü ilin sonuna qədər zibilxananı təmizləyəcəklərini vəd etmişdilər, lakin o vaxtdan bəri poliqonun hündürlüyü artmaqda davam edir.
Qazipura hər gün təxminən 2000 ton zibil atılır.
Mənbə: Aif.ru