AZ

Bakıda küləklər əsir - HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 22-si saat 8:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən şimal-qərb küləyi əsir.

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 23, Naftalanda 24, Goranboyda 23, Mingəçevirdə 20, Tərtərdə 18, Gəncədə 16 metrə çatır.

Havanın maksimal temperaturu aprelin 21-də Bakıda və Abşeron yarımadasında 27-31, Naxçıvan Muxtar Respublikasında 28, Aran rayonlarında 30-32, dağlıq rayonlarda 20-25 dərəcə isti olub.

Bəzi dağlıq və dağətəyi rayonlarda – Şahdağ, Qrız, Daşkəsən, Gədəbəy, Göygöl, Lerikdə şimşək çaxıb, arabir yağış yağıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
225
26
Mənbələr
Şərh ()
Bağla