AZ

Gənc oğlanı yük maşını ilə öldürən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə iclası başladı

Gəncə Apellyasiya Məhkəməsində Bərdə rayonunda həmyerlisini ehtiyatsızlıqdan öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Loğman Hüseynlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası aprelin 23-nə təyin edilib.

 

Qeyd: Loğman Hüseynli 21 oktyabr 2022-ci ildə özünə məxsus “QAZ” markalı avtomobillə Bərdə rayonunun Alpoud kəndində yerləşən “mal bazarı” adlanan yerdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub. O, Məhdud Məsuliyyətli Cəmiyyətdə qeyri-rəsmi nəzarətçi işləyən Nicatı idarə etdiyi avtomobillə vurub.

 

Nicat hadisə nəticəsində həyat və sağlamlığı üçün təhlükəli olan sağlamlığına ağır zərərvurmaya aid xəsarətlər alıb. Nicatın avtoqəza nəticəsində xəsarət alıb yerə yıxıldığını görüb və avtomobili dərhal saxlayaraq avtomobildə olan sərnişinlər Hökmran Məhərrəmov, Rafil Məhərrəmov və Fuad Mahmudovla və digərləri ilə köməklik edərək onu saat 11.30-da Bərdə Müalicə və Diaqnostika Mərkəzinə çatdırıblar.

 

Lakin Nicat Tağıyevə tibbi yardımlar edilməsinə baxmayaraq, döş qəfəsinin küt travması ilə əlaqədar çoxsaylı qabırğaların sınıqları ilə ağciyərin yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə səbəbindən həmin tarixdə saat 13 radələrində həmin mərkəzdə ölüb.

 

İstintaq orqanı tərəfindən Loğmanın barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Loğman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin nəticəsinə görə, Loğman Hüseynli Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsində nəzərdə tutulan cinayət əməlini törədib.

 

Belə ki, istintaq orqanı təqsirləndirilən şəxsin əməlini gah Cinayət Məcəlləsinin 263.2-ci, gah 120.1-ci (qəsdən adam öldürmə), sonda da 126.3-cü maddəsinə tövsif edib. Cinayət işinin materiallarını biri-birini təkzib edən sübutlarla məhkəməyə göndərib.

 

Məhkəmə yekun hökm qəbul edən zaman Loğman Hüseynlinin əməlini Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə tövsif edilib. Ona həmin maddə üzrə ittiham hökmü çıxarıb. Məhkəmənin hökmü ilə Loğman Hüseynliyə 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

 

Kamal Məmmədov

Tarix: 22 Aprel 2024, 09:37   
Seçilən
97
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
28229
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
27080
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
20063
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18189
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14780
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
10258
Sabah 20 dərəcə isti olacaq
10136
May ayında Azərbaycana qar yağdı - VİDEO
9021
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8834
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
8743
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8601
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7529
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7211
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7150
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6796
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6644
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6603
Azərbaycan nefti ucuzlaşıb
6265
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6240