AZ

Erməni aktyoru öldürən Rəsul saxlanıldı

Soçidə komediya aktyoru Amiran Gevorkyanın qətlində şübhəli bilinən şəxsi həbs edilib.

Publika.az xəbər verir ki, Dağıstandan olan 33 yaşlı Artur Rəsulov sağlamlığa ehtiyatsızlıqdan ölümlə nəticələnən ağır xəsarət yetirməkdə ittiham olunur.

Təqsirləndirilən şəxs bildirib ki, Gevorkyanı öldürmək niyyəti olmayıb, hər şey dava zamanı təsadüfən baş verib.

Məhkəməyə təqdim olunan materiallardan məlum olur ki, onlar arasında münaqişə 2024-cü il yanvarın 18-nə keçən gecə “Jemçujina” otelinin yaxınlığında baş verib. Dava zamanı Rəsul ermənini vurub və o, iki metr hündürlükdən yıxılaraq başından ağır xəsarətlər alıb.

Seçilən
109
3
Mənbələr
Şərh ()
Bağla