- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 33-cü turu çərçivəsində “Antalyaspor”la qarşılaşıb.
“Hatayspor” bu rəqiblə səfərdə oyunundan məğlubiyyətlə ayrılıb – 1:2. Hataylılar ilk hissədə hesabı açdıqları matçın ikinci hissəsində buraxdıqları qollar nəticəsində yenə xalsız qalıblar.
Dadaşov bu oyunun 87-ci dəqiqəsində, hesab 1:1 olarkən meydana buraxılıb. Cari mövsümdə 4 qol vurmuş hücumçu bu dəfə fərqlənə bilməyib.
Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 33 turdan sonra 33 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 33 oyunda 7 qələbə qazanıb, 12 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 28 oyun keçirib və 4 qol vurub.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.