AZ

Azərbaycanın 6 gimnastı Avropa çempionatında iştirak edəcək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycanın

Bakı, 21 aprel, AZƏRTAC

Aprelin 24-28-də İtaliyanın Rimini şəhərində keçiriləcək kişi və qadın gimnastikası üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan idmançıları bəlli olub.

AZƏRTAC xəbər verir ki, yığmanın heyətində Rəsul Əhmədzadə, İvan Tixonov, Aydın Əlizadə (hamısı sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar və turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma və paralel qollar), Mənsum Səfərov (sərbəst hərəkətlər, turnik və dayaqlı tullanma) və Nikita Simonov (halqalar) yer alacaqlar.

Milli komanda məşqçilər Cəlal Əzizlinin və Ruslan İrqaşevin rəhbərliyi altında çıxış edəcək. Zəkəriyyə Muradlı və Əhməd Ağayev yarışda ölkəmizi hakim kimi təmsil edəcəklər.

Seçilən
58
3
Mənbələr
Şərh ()
Bağla