- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 8-ci turu çərçivəsində “Daequ” ilə qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası meydandan heç-heçə ilə ayrılıb – 0:0.
Anton bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 77-ci dəqiqədə sarı vərəqə də alıb. Bu, millimizin üzvünün cari mövsümdək üçüncü sarı vərəqəsidir.
“Daejeon Hana Sitizen” 8 turdan sonra topladığı 6 xalla 12 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. Komanda 8 oyunda cəmi 1 qələbə qazanıb, 3 heç-heç edib, 4 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 38 oyuna çıxıb, 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 35 matça çıxıb, 1 qola imza atıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.