AZ

Anton Krivotsyuk “Suvon”a qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 7-ci turu çərçivəsində “Suvon”la qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası ikinci hissənin əvvəlində buraxdığı yeganə qol nəticəsində yekunda 0:1 hesablı məğlubiyyətə üzülüb.

Anton bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Daejeon Hana Sitizen” 7 turdan sonra topladığı 5 xalla 12 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. Komanda 7 oyunda cəmi 1 qələbə qazanıb, 2 heç-heç edib, 4 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 38 oyuna çıxıb, 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 35 matça çıxıb, 1 qola imza atıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
271
5
arena.az

10Mənbələr