AZ

Gürcü politoloq: Azərbaycanın 4 kəndinin işğaldan azad olunması Prezident İlham Əliyev diplomatiyasının uğurudur

Gürcü

Tbilisi, 20 aprel, AZƏRTAC

“Azərbaycan ilə Ermənistan arasında son günlərdə aparılan danışıqlardan sonra ermənilərin işğal etdikləri 4 kəndin Azərbaycana qaytarılması çox böyük nailiyyətdir. Bu təkcə Azərbaycan və Ermənistan üçün deyil, ümumilikdə Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edir”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Badri Naçkebiya söyləyib.

Onun sözlərinə görə, 44 günlük müharibədən sonra sülh müqaviləsi imzalanması və digər problemlərin həlli ilə bağlı iki ölkə arasında danışıqlar davam edir. Gürcü siyasətçilər də bu prosesi maraqla izləyirlər. Danışıqlar prosesində əldə olunan hər bir uğur gürcüləri də sevindirir. Ona görə ki, danışıqların bu cür uğurla nəticələnməsi regionda davamlı sülhə nail olmaq imkanlarını artırır.

O deyib: “Bu günlərdə Azərbaycan və Ermənistan rəsmilərinin keçirdikləri görüşdə Ermənistan işğal altında saxladığı 4 Azərbaycan kəndinin də azad edilməsinə razılıq verməsi sıradan bir hadisə deyil. Bu əslində iki ölkənin beynəlxalq vasitəçilər olmadan apardığı və müsbət nəticələr əldə etdiyi ilk uğurdur. Bu uğura Prezident İlham Əliyevin praqmatik xarici siyasəti və diplomatiyası nəticəsində nail olunub. Ona görə də demək olar ki, Azərbaycanın 4 kəndinin də işğaldan azad edilməsi barədə əldə olunmuş razılıq, məhz Prezident İlham Əliyev diplomatiyasının uğurudur”.

“Düşünürəm ki, Zəngəzur dəhlizinin də açılması ilə bağlı danışıqlar prosesində də tez bir vaxtda müsbət nəticələr əldə olunacaq”, – deyə, B.Naçkebiya vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17256
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12416
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9935
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4074
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3660
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3157
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2965
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2557
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2181
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2094
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1534
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1088
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1013
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
978
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
965
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
953
Mayın ilk gününün havası açıqlanıb
866
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
773