AZ

Ceyranbatan su kanalına düşən 13 yaşlı uşağın cəsədi tapılıb - FOTO - YENİLƏNİB-1 - VİDEO

Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" deyilən ərazisindən keçən hissəsində batan 13 yaşlı uşağın meyiti aşkarlanıb.

APA xəbər verir ki, uşağın cəsədi ekspertizaya göndərilib.

***
19:20


Bu gün Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" deyilən ərazisindən keçən hissəsində batan 13 yaşlı uşağın axtarışları davam edir.

APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, kanalın sürəti çoxdur, buna görə də uşağın sudan tapılması çətinləşir.

***

17.58

Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" deyilən ərazisindən keçən hissəsində batan şəxsin kimliyi məlum olub.

APA xəbər verir ki, 2011-ci il təvəllüdlü İbrahim Samir oğlu Əliyev ehtiyatsızlıqdan kanala yıxılıb.

Onun axtarışları davam etdirilir.

***

17.25

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" deyilən ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri əraziyə cəlb edilib.

Əlavə məlumat veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
11
Mənbələr
Şərh ()
Bağla