AZ

“Taxta bazarı”nda baş vermiş yanğında zərərçəkən sahibkarlardan biri Tural Abbaslının köməkçisidir

Bakının Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğında zərərçəkən sahibkarlardan biri Ağ Partiyanın sədri Tural Abbaslının köməkçisi Mətləb Aslanovdur.

 

Pravda.az-ın xəbərinə görə, M.Aslanov "Report"a deyib ki, 80 kvadratmetrlik ərazidə təxminən 70-80 min manatlıq malı yanıb.

“Yanğın qonşu sexdən başlayıb. Heç bir sığorta şirkəti bazarı sığortalamayıb. Dəfələrlə müraciət olsa da, riskli ərazi olduğuna görə sığorta edilməyib”, - o bildirib.

 

Qeyd: Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. Ümumilikdə, yanğınla mübarizə məqsədilə əraziyə 15-ə yaxın texnika və 70 nəfərə yaxın canlı qüvvə cəlb olunub.

Tarix: 20 Aprel 2024, 21:52   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq