AZ

Velosiped zolağından niyə piyada keçidi kimi istifadə edirlər? - Video

Bakının bir neçə mərkəzi küçəsində çəkilən velosiped zolaqları sakinlərin və sürücülərin narazılığına səbəb olub...Bu barədə Baku TV-nin hazırladığı süjetdə məlumat verilib.Bildirilir ki, Fikrət Əmirov və Xəqani küçələrinin kəsişməsində velosipedlərin rahat şəkildə hərəkəti üçün zolaq çəkilsə də, buradan adətən piyadalar keçirlər.“Piyadalar səhvən bu velosiped zolağından keçirlər. O gün bir avtomobil vaxtında saxlaya bilməsəydi, qadını vuracaqdı”, - deyə sakin söyləyib.28 May və Fikrət Əmirov küçələrinin kəsişməsində isə üç geniş avtomobil zolağını kəsən velosiped zolağı çəkilib, bir az irəlidə isə piyada keçidi təşkil olunub. Bu da avtomobillərin ard-arda iki dəfə dayanması deməkdir.“Sürücü piyada keçidində əyləcə basdıqdan sonra hərəkətə davam etmək istəyəndə qarşıdakı velosiped zolağında saxlamalı olur. Piyada keçidi ilə velosiped zolağı yan-yana olsa, sürücülər üçün daha rahat olar”, - sürücü narazılıq bildirib.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
7
Mənbələr
Şərh ()
Bağla