AZ

“Tesla” bütün “Cybertruck” pikaplarını GERİ ÇAĞIRDI - SƏBƏB

ABŞ-ın "Tesla" şirkəti yapışqan qaz pedalı riski səbəbindən bütün "Cybertruck" pikaplarını geri çağırdığını elan edib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən verilən geri çağırma bildirişinə əsasən, əhəmiyyətli güc tətbiq edildikdə, qaz pedalının yastığı yerindən çıxa və pedal daxili trimdə ilişib qala bilər.

Qeyd edək ki, 2023-cü ilin üçüncü rübündə "Tesla" şirkəti 435 min elektrik avtomobili satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27 % çoxdur.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
Mənbələr
Şərh ()
Bağla