AZ

Əvəzedicilər: “Sumqayıt” 6 qola, “Səbail” inamlı qələbəyə sevindi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 31-ci tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Yeddi qolun qeydə alındığı “Turan Tovuz-2” – “Sumqayıt-2” oyununda qonaqlar darmadağına seviniblər. “Araz-Naxçıvan”la “Səbail”in əvəzediciləri arasındakı qarşılaşma da qonaq komandanın inamlı qələbəsiylə yekunlaşıb.

31-ci turun qalan görüşləri bazar və bazar ertəsi günlərinə təsadüf edəcək.

Əvəzedicilər Liqası
31-ci tur
20 aprel

“Turan Tovuz-2” – “Sumqayıt-2” 1:6
Qollar: Sadiq Şəfiyev, 84-pen – Qabil Əlizadə, 14. Raul Məmmədov, 45+2-öz qapısına. Uğur Cahangirov, 58. Sənan Muradlı, 64; 78. Rüstəm Hümbətov, 70.
Hakimlər: Mahmud Bağırzadə, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Emin Abdullayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tovuz şəhər stadionu, 14:00.

“Araz-Naxçıvan-2” – “Səbail-2” 0:2
Qollar: Oruc Məmmədov, 64. Taleh Qarayev, 87.
Hakimlər: Rəsul Babayev, Ruslan Babayev, Nurlan Əhmədzadə, Maqsud Şamıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Binə qəsəbə stadionu, 16:00.

21 aprel

“Qarabağ-2” – “Qəbələ-2”
Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Samir Qaracayev, Xalid Quliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Binə qəsəbə stadionu, 16:00.

22 aprel

“Zirə-2” – “Neftçi-2”
Hakimlər: Elvin Bayramov, Vüqar Bayramov, Orxan İbişov, Nazim Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Binə qəsəbə stadionu, 15:00.

“Kəpəz-2” – “Sabah-2”
Hakimlər: Murad Səlimov, Rasim Axundov, Zakir Şükürzadə, İrşad Aydınov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
2
Mənbələr
Şərh ()
Bağla